Sumqayıtda maşın vuran piyada 8 gün sonra dünyasını dəyişib.
Sumqayit24.az xəbər verir ki, hadisə dekabrın 4-də Sülh prospektində qeydə alınıb.
30 yaşlı Ruslan Ağayev idarə etdiyi “Opel Astra” markalı avtomobillə yolu keçən piyada 82 yaşlı Şöhrət Eyvazovanı vurub.
Yaralı dərhal xəstəxanaya çatdırılıb. Aparılan müdaxilələrə baxmayaraq o, bu gün müalicə aldığı xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.