Tanınmış meyxanaçı Namiq Məna illər öncə ABŞ-nin eks-dövlət katibi Kandaliza Rays tərəfindən ölkəyə dəvət olunub. Bu barədə 23 noyabr tarixində Sfera.az-a istinadən xəbər veririk.
Sumqayıt sakini olan sənətkar “Səhər mərkəzi” verilişində sözügedən məsələdən danışıb:
“Amerikaya dəvət etmişdi. Bizim səfirimiz məlumat verdi. Orada 1 ay qaldıq. Bu janrı (meyxananı-red.) təmsil etdik. Bunların hamısı bizə göstərilən etimad idi. İstəyirik ki, bu janrı cəmiyyətə olduğu kimi təqdim edək. Dövlətin bu janra diqqəti böyükdür. Özüm prezident qarşısında çıxış etmişəm, “Tərəqqi” medalı almışam”.