Sumqayıtda ehtiyaclı ahıllara ərzaq bağlamaları paylanılıb. Sumqayıt24 bu barədə 3 dekabr tarixində xəbər verir.
Adının hallanmağını istəməyən xeyirxah insan tərəfindən Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin qeydiyyatında olan ehtiyaclı ahıllara ərzaq bağlamaları təqdim olunub. Ahıllar onları diqqətdə saxlayan xeyriyyəçiyə öz xeyir-dualarını veriblər.