“Azərbaycan Dəmir Yolları” QSC maraqlı layihəyə başlayır.
Sumqayit24.az xəbər verir ki, proqrama əsasən, vətəndaşlar “ADY Mobile” tətbiqindən istifadə üçün dəvət göndərdikləri 3 dostuna görə 1 AZN bonus qazanacaqlar.
Bonuslar dəvəti qəbul edən şəxslərdən hər birinin tətbiqlə ilk səfər ödənişindən sonra hesaba yüklənəcək. Həmin bonuslarla şəhərətrafı qatarlara bilet almaq mümkündür.