Parlament seçkilərinin ilkin nəticələrinə görə Zaur Şükürov 47 saylı Sumqayıt-Abşeron-Qaradağ seçki dairəsindən liderdir.
Sumqayıt24 xəbər verir ki, o, Azərbaycanın Cənubi Afrika Respublikasındakı müvəqqəti işlər vəkili, diplomatik missiyanın rəhbəridir.
Zaur Ramiz oğlu Şükürov 1971-ci il dekabrın 10-da anadan olub. 25 ilə yaxın müddətdir ki, diplomatik xidmətdə fəaliyyət göstərir. Bu dövr ərzində Azərbaycan Xarici İşlər Nazirliyinin mərkəzi aparatında müxtəlif vəzifələrdə – şöbə müdiri, idarə rəisinin müavini, idarə rəisi, nazirin köməkçisi kimi postlarda çalışıb.
Eyni zamanda, Azərbaycanın Polşa, Belarus, Macarıstandakı səfirliklərində müşavir (missiya rəhbərinin müavini) olub.