Xalq artisti Ağadadaş Ağayev “Medera Hospital”ı məhkəməyə verib.
Report.az xəbər verir ki, Xalq artisti bununla bağlı Binəqədi rayon Məhkəməsinə müraciət ünvanlayıb. O, müraciətində klinika tərəfindən ona mənəvi zərərin ödənilməsini tələb edib.
Onun müraciətinə hakim Nigar Nəbizadə tərəfindən yaxın günlərdə baxılacaq.
Qeyd edək ki, bu il iyul ayında “Medera Hospital”da Ağadadaş Ağayev mübahisə etdiyi mühafizəçiyə balta atıb. Mühafizəçi Nurəddin Cəlilov isə Xalq artistini döyüb. Balta isə klinikada çalışan qadın N. Paşayevaya dəyərək ona xəsarət yetirib.
Faktla bağlı cinayət işi başlanılıb.