Bu gün Ağdamın azad edilməsindən 3 il ötür.
Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının 10 noyabr 2020-ci ildə imzaladıqları Bəyanata uyğun olaraq, Ağdam qan tökülmədən Azərbaycan Respublikasına qaytarılmışdır. Bununla da Ağdamın 27 illik işğalına son qoyulmuşdur.
Həmin Bəyanatda noyabrın 25-dək Kəlbəcərin, dekabrın 1-dək isə Laçının Azərbaycana qaytarılması da qeyd edilmişdir.