Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Sumqayıtda vətəndaşlarla görüş keçirib.
Sumqayit24.az xəbər verir ki, Agentliyin sədri Sumqayıt şəhəri, Abşeron, Qubadlı və Zəngilan rayonlarından olan vətəndaşları qəbul edib.
AQTA-nın məsul əməkdaşlarının iştirakı ilə keçirilmiş qəbula gələn vətəndaşların müraciətləri dinlənilib. Məsələlərin bir qismi yerində öz həllini tapıb, digər müraciətlər isə araşdırılması üçün nəzarətə götürülüb. Qəbul zamanı qida sahəsində işlə təmin olunmaq istəyən müvafiq ixtisaslara yiyələnmiş vətəndaşların müraciətlərinə də baxılıb.