Sumqayıtda bir neçə gün əvvəl baş vermiş avtoqəzada xəsarət alanlardan biri dünyasını dəyişib. Bu haqda 7 iyul tarixində Sumqayıt24 Den.az-a istinadən məlumat verir.
Qəza nəticəsində xəsarət alanlardan biri – 54 yaşlı Nuridə Cəfərova müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Xatırladaq ki, 8 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası iyulun 1-i gecə saatlarında Koroğlu prospektində qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.