Sumqayıtda sabaha gözlənilən hava proqnozu açıqlanıb.
Sumqayit24.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, noyabrın 7-də Sumqayıt şəhərinin yerləşdiyi Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.
Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 8-11° isti, gündüz 15-18° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.