Sumqayıt şəhərində 8 Noyabr – "Zəfər Günü" münasibətilə təntənəli tədbir keçirilib.
Sumqayit24.az-ın məlumatına görə, sözügedən tədbir Sumqayıt Dövlət Texniki Kollecinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Abşeron-Xızı regional nümayəndəliyinin birgə təşkilatçılığı ilə Sumqayıt Heydər Əliyev Mərkəzində baş tutub.
Həmçinin Sumqayıt Dövlət Texniki Kollecinin həyətində xüsusi Xarıbülbül ekspozisiyası yaradılıb.