Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xətti inşa olunacaq. Sumqayıt bu layihədə önəmli rol oynayır.
Sumqayit24.az Qazaxıstanın Baş naziri Oljas Bektenovun sözlərinə istinadən xəbər verir ki, tikinti işlərinə 2025-ci ildə start veriləcək:
“Bu il Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin inşasına başlanılacaq”.
Qeyd edək ki, kabel xəttinin uzunluğu 380 km olacaq və onun ötürücülük qabiliyyəti saniyədə 400 Tbit-ə çatacaq. Layihənin ümumi dəyəri isə 50 milyon ABŞ dollarından çox qiymətləndirilir. Sualtı fiber-optik rabitə xətti Aktau-Sumqayıt marşrutu üzrə keçəcək.