22 sentyabr tarixində Təhsil İnstitutunun təşkilatçılığı ilə "E-ticarət və tələb etdiyi bilik-bacarıqlar" adlı vebinar baş tutacaq. Görüş "Zoom" tətbiqi vasitəsiylə həyata keçiriləcək.
Saat 19:00-da keçiriləcək tədbirin spikeri Sumqayıtda fəaliyyət göstərən "Karbamid zavodu" layihəsində məsləhətçi (konsultant), dünyanın ən böyük kimya istehsalçısı BASF şirkətinin Sumqayıtdakı zavodunda anbardar, daha sonra isə həmin şirkətdə Sumqayıt şəhəri üzrə istehsalat müdiri vəzifəsində işləmiş, haı-hazırda isə "Amazon" şirkətinin Avropa İttifaqı üzrə mərkəzində biznes-analitik vəzifəsində çalışan Yaşar Əhmədov olacaq.
Azərbaycan dilində keçiriləcək vebinar işçilər, təhsil idarəçiləri, sənaye sahəsinin nümayəndələri və tələbələr üçün nəzərdə tutulub.
Məhdud sayda yer mövcud olan tədbirdə iştirak etmək istəyən şəxslər 20 sentyabr tarixinədək aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər: