Sərvər Bəşirli Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğanın iftar dəvətinə qatılıb. Bu haqda məlumatı 19 aprel tarixində Sumqayıt24 Ə. Ərdoğanın şəxsi tviter hesabında istinadən xəbər verir.
Əminə Ərdoğan Azərbaycan və Türkiyə Həmrəyliyin simvoluna çevrilən Sərvər Bəşirli və ailə üzvlərini Prezident sarayına iftar mərasiminə dəvət edib. İftar yeməyindən sonra isə xatirə fotoları çəkilib.
Qeyd edək ki, Ceyranbatan sakini Sərvər Bəşirli öz xeyirxah əməli ilə zəlzələdən zərər çəkən qardaş ölkəyə əlindən gələn dəstəyi göstərmişdi.