Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzi Sumqayıtda vətəndaş qəbulu keçirəcək. Bu barədə 6 yanvar tarixində Sumqayıt24 xəbər verir.
Görüş Heydər Əliyev Mərkəzində 12 yanvar saat 10:00-da baş tutacaq. Vətəndaşlar Agentliyin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı adını, soyadını, atasının adını, müraciətinin məzmununu, yaşadığı ünvanı və telefon nömrəsini göstərməklə [email protected] elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq yanvarın 11-dək qəbula yazıla bilərlər.