Qida Təhlükəsizliyi müfəttişləri Saray qəsəbəsində yerləşən ticarət obyektlərində monitorinq keçiriblər. Bu haqda 9 fevral tarixində Sumqayıt24 AQTA-ya istinadən xəbər verir.
Yoxlama zamanı S.Bəhlulzadə küçəsində yerləşən marketdə:
- Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması;
- Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi;
- Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu;
- Azərbaycan dilində markalanması olmayan məhsulların satışı;
- Açıq şəkildə satışı həyata keçirilən məhsullara qoyulan tələblərdə uyğunsuzluqla bağlı nöqsanlar tapılıb.
Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülülb.