Sumqayıtda ailə münaqişəsi zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
Sumqayit24.az məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanlayıb.
Qurumdan bildirilib ki, 1988-ci il təvəllüdlü şəxs (kişi cinsli) 15.12.2024-cü il saat 15:30 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Yardım Xəstəxanasına hospitalizasiya olunub.
Döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu təyin edilən şəxsə zəruri tibbi yardım göstərilib. Müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır.