Həyat yoldaşını qəddarcasına öldürən Hüseyn Kazımovun məhkəmə prosesi yekunlaşıb.
Apa.az-ın məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Nürəddin Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, H.Kazımov 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən il iyul ayında Xırdalanda baş verib. Belə ki, Hüseyn Kazımov qısqanclıq zəminində həyat yoldaşı Ayşən Kazımovanı qəsdən yaşadığı evin pəncərəsindən aşağı atıb.
Məlumata görə, Ayşən Sumqayıt Dövlət Universitetində oxuyub. Hüseyn isə onu 3-cü kursdan universitetdən çıxardıb.