Sumqayıtda 20 Yanvar hadisələrinin ildönümü ilə əlaqədar olaraq "Qurtuluşdan zəfərə" adlı təqdimat keçirilib. Bu haqda yanvarın 20-də Sumqayıt24 xəbər verir.
Təqdimat 1 saylı Sumqayıt regional "ASAN xidmət" mərkəzinin könüllülərindən ibarət komandaların iştirakı ilə hazırlanıb.
Əvvəlcə tədbir iştirakçıları Şəhidlər xiyabanını ziyarət ediblər. Daha sonra könüllülər ölkəmizin müxtəlif tarixi mərhələlərindən bəhs edən qanlı və şanlı səhifələrlə bağlı həqiqətləri iştirakçıların diqqətinə çatdırıblar.
Yığıncağın sonunda regional "ASAN xidmət" mərkəzinin direktor müavini Əjdər Quluzadə, ehtiyatda olan xüsusi təyinatlı baş gizir qazi İlqar Babayev və GİKM Sumqayıt nümayəndəliyinin direktoru Sevinc Qasımova gənclərlə öz fikirlərini bölüşüblər.