ASAN Könüllülərinin “Zəfər turniri 2” keçiriləcək. Sumqayıt24 bu barədə 26 noyabr tarixində “ASAN Könüllüləri”nə istinadən xəbər verir.
“Şuşa İli”nə həsr olunmuş yarışda Sumqayıt “ASAN Xidmət” mərkəzinin komandası 4 saylı “ASAN Xidmət” mərkəzinin komandası ilə qarşılaşacaq.
Turnir Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə baş tutacaq.