Sumqayıtdakı 1 və 2 saylı “ASAN Xidmət” mərkəzlərinin bayram günlərində fəaliyyət göstərəcək iş qrafiki açıqlanıb.
Sumqayit24.az xəbər verir ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar 30 dekabr – 3 yanvar tarixində mərkəzlərdə qeyri-iş günü olacaq.
Vətəndaşlar yanvarın 4-dən etibarən qurumlara müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.