Sumqayıtda Ana Vətən Partiyasının Qadınlar Şurası əlilliyi olan bir qrup şəxslərlə görüş təşkil edib. Sumqayıt24 bu barədə 5 dekabr tarixində partiyaya istinadən xəbər verir.
Tədbirdə AVP-nin ictimai-siyasi, mədəni həyatında fəallığı ilə seçilən qadınlarla yanaşı, fiziki məhdudiyyətli yaradıcı xanımlar da iştirak ediblər. Əlilliyi olan xanımların əl işlərinə baxış keçirilib, satışa dəstək göstərilib. Çıxış edənlər bu cür görüşlərin vacibliyindən danışıblar, eləcə də qadınların cəmiyyətdəki rolundan bəhs ediblər.