top
Avropaya səs salan tanınmış sumqayıtlı bəstəkarla – ÖZƏL MÜSAHİBƏ
18 sentyabr 2024, 07:10
- ↺ +

Avropaya səs salan tanınmış sumqayıtlı bəstəkarla – ÖZƏL MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıt şəhəri istedadlı, tanınmış şəxsləri ilə məşhurdur. Təsadüfi deyil ki, bu şəhər musiqiyə, incəsənətə də böyük töhfələr verib. Sumqayıtda anadan olan, 20 ilə yaxındır ki, Almaniyada yaşayıb fəaliyyət göstərən bəstəkar, musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Almaniyada “Bridge of Sound” orkestrinin və “Harmony of Sound” adlı Beynəlxalq Musiqi Festivalının yaradıcısı və bədii rəhbəri Xədicə Zeynalova ilə Milli Musiqi Günündə söhbətləşdik. Müsahibəni oxuculara təqdim edirik.

Tanınmış musiqişünas müsahibəsində doğma şəhəri ilə bağlı xatirələrdən, sənət yolundan, eyni zamanda klassik musiqinin gələcəyindən danışıb.

-İlk olaraq sizi Milli Musiqi Günü münasibətilə təbrik edirik. Bu günün əhəmiyyəti barədə danışardınız.

-Təbrikiniz üçün təşəkkür edirəm. Mən də xalqımı bu böyük gün münasibətilə təbrik edirəm. Azərbaycanın Milli Musiqi günü dahi Üzeyir Hacıbəylinin doğum günü ilə əlaqəlidir. Azərbaycan musiqisi kökü min illərə dayanan musiqidir. Belə bir mədəniyyəti, musiqi zövqü olan xalqın nümayəndəsi olmaq qürurvericidir. Bir daha xalqımı bu gün münasibətilə təbrik edirəm.

Foto Sumqayıt24

-Sumqayıt şəhərində anadan olmusunuz. Doğma şəhərinizlə bağlı xatirələrinizi bizimlə bölüşün.

Məni Sumqayıtla bağlı xatirələrim çoxdur. Bu şəhərdə anadan olmuşam, 27 saylı orta məktəbi bitirmişəm. 3 saylı şəhər musiqi məktəbində fortepiano üzrə təhsil almışam və Soltan Hacıbəyov Musiqi Texnikumunda təhsilimi davam etdirmişəm.

Musiqiyə ilk addımımı da bu şəhərdə atmışam. Musiqi kollecində təhsil alarkən Sumqayıt Musiqili Dram Teatrının tamaşalarına bəstəkar kimi musiqi yazmışam. Xatirələrim çoxdur, mənə gözəl müəllimlər Yaşar Mirzeyev və Rəna Mirzəyeva dərs deyib. Yaşar müəllim məndə bəstəkarlıq istedadını kəşf etdi və məni bu sahəyə yönləndirərək həvəsləndirdi.

-İlin bəstəkarı mükafatı almağınız münasibətilə sizi təbrik edirik! Mükafata layiq görüldüyünüzü biləndə hansı hissləri yaşadınız?

Təbrikləriniz üçün təşəkkür edirəm. 1999-cu ildən mən Bəstəkarlar İttifaqının üzvüyəm. 2000-ci ildə bəstəkar kimi  "İlin ən yaxşı əsəri" müsabiqəsində orkestr üçün yazdığım “Simfonik poema” Ulu Öndər Heydər Əliyev tərəfindən diplomla təltif edilib. Bu, mənim istedadıma verilən çox böyük dəyər və qiymət idi. Eyni hissləri mən bu il "İlin bəstəkarı" və "Artist in Residence" nominasiyasına layiq görüləndə də yaşadım. Bu hissləri izah etmək mümkün deyil. Yaradıcılığa verilən dəyər musiqiçi üçün ən böyük hədiyyədir.

-Uğurlarınızın səbəbi və xaricdəki musiqi fəaliyyətiniz barədə məlumat verərdiniz

Mən bu uğurumu Almaniyadakı məhsuldar fəaliyyətimlə əlaqələndirirəm. Almaniyada yaşadığım 20 il ərzində demək olar ki, bütün əsərlərim müxtəlif ölkələrdə və festivallarda orkestrlər, ansambllar tərəfindən uğurla səsləndirilib. Həmçinin, Almaniyada yaradıcısı olduğum “Bridge of Sound” ansamblı ilə bir çox layihələrimiz müxtəlif şəhərlərin konsert zallarında tamaşaçılara təqdim edilib. Bu nominasiya əsasında 4 solist və ansambl üçün yeni "Das Lied der Völkerfrieden" adlı əsər yazmışam. Düşünürəm ki, peşəmə hörmətim və daim çalışmağım, yeni əsərlər ortaya qoymağım mükafatlara layiq görülməyim üçün əsas təşkil edib.

Foto Sumqayıt24

-Siz məşhur bir jurnalın üz qabığında fotonuz dərc olunub.  Hansı hissləri keçirdiniz?

Çox gözəl bir hissdir. Almaniyada belə bir məşhur jurnalın üz qapağında olmaq və jurnalda mənim yaradıcılığım haqqında məqalənin çap olunması, əlbəttə ki, mənim yaradıcılığıma verilən bir dəyərdir.

Foto Sumqayıt24

-Xaricdə tanınmaq yolunda hansı çətinliklərin öhdəsindən gəlməli oldunuz? Yorulub usandığınız vaxtlar olub?

Xaricdə mən heç vaxt tanınmaq üçün can atmamışam. Çətinliklərim isə çox olub. Bu zamana qədər yorulduğum və ya usandığım anlar olmayıb. ABŞ-da və Almaniyada işıq üzü görən 3 kompakt CD-nin, 5 müxtəlif ölkədə (Azərbaycan, Almaniya, Hollandiya, İngiltərə, Yaponiya) sayca 40-dan çox kitabın və müxtəlif tərkibli ansambl və orkestrlər üçün yazılmış 200-dən çox əsərin müəllifiyəm. Sevdiyim işlə məşğul oluram və bu, mənə xüsusi zövq verir.

-Sizi xüsusi edən və digər bəstəkarlardan fərqləndirən xüsusiyyətiniz hansıdır?

Təhsil aldığım illərimdə mənim çox gözəl ustadlarım olub. Bəstəkarlıq üzrə ustadım professor Xəyyam Mirzəzadə idi. Xəyyam müəllim həmişə deyirdi ki, hər bəstəkarın öz dəsti-xətti olmalıdır. Zənnimcə, mənim də bir bəstəkar kimi öz dəsti-xəttim var. Ustadımın öyüdünü yerinə yetirdiyimi düşünürəm. Əslində musiqidə ilk addımlarını atanlar peşəkar məsləhətini dinləyəndə, öz yolunu rahatlıqla tapa bilər.

-İlham mənbəyiniz varmı?

Mənim ilham mənbəyim ailəm, anam, Vətənim və rəsm əsərləridir.

-İş prosesinizdən danışaq. Yeni əsər üçün ideya necə yaranır və bu ideya tam musiqi əsərinə necə çevrilir?

Hər hansı bir gözəl şeirdən, rəssamın əsərlərindən, oxuduğum maraqlı kitablardan, təbiətin gözəlliklərindən ilhamlananda məndə musiqi ideyası formalaşır. Daha sonra yaradıcılıq prosesi başlayır. Hiss etdiyimi, düşündüyüm ideyanı notlara köçürürəm və beləcə, yeni əsər ortaya çıxır.

Foto Sumqayıt24

-Peşəkar cəmiyyət və dinləyicilər tərəfindən tanınma sizin üçün nə dərəcədə əhəmiyyətlidir?

Tanınmaq üçün heç zaman can atmamışam. Sadəcə, vətənə olan sevgim və milli musiqiyə verdiyim dəyər məni geniş auditoriyaya tanıtdırdı.

-Bəstəkar karyeranızı pianoçu fəaliyyətinizlə necə birləşdirirsiniz?

Mən ilk olaraq qeyd edim ki, 7 il piano üzrə təhsil almışam. Bu, mənim ilk musiqi təhsilimdir. Piano  mənə çox doğmadır, və mən əsər bəstələyəndə, əsərimi ilk öncə pianoda səsləndirirəm. Piano və bəstəkarlıq məni tamamlayır. Bu iki musiqi qolu məni daha da dolğunlaşdırır, tam edir. Əslində pianoçu olmağım peşəkar bəstəkar olmağıma da təsir edib.

-Vətənə tez-tez gəlirsiniz? Bu dəfə səfərinizin xüsusi səbəbi olub?

İldə 1-2 dəfə gəlməyə çalışıram, lakin bu gəlişimin 2 məqsədi var idi. Belə ki, mən Xaricdə Yaşayan Alimlərin Forumuna dəvət almışdım. Çox böyük qürur hissi ilə sevə-sevə bu tədbirdə iştirak etdim. Müxtəlif ölkələrdən gələn alimlərlə fikir mübadiləsində fəal iştirak etdim. Belə bir forumun keçirilməsi, xaricdə yaşayan alimlərə, sənətşünaslara və elmlə məşğul olan azərbaycanlılara dövlətin qayğısı və diqqətini hiss etmək qürurvericidir. Gəlişimin ikinci səbəbi isə Ü.Hacıbəyli adına XVI Beynəlxalq Musiqi Festivalı ilə bağlıdır. Bu musiqi tədbirinə dəvətliyəm, çünki orkestr üçün bəstələdiyim "Payız Çalarları" əsərim proqrama daxil edilib.

Foto Sumqayıt24

-Xarici ölkələrdə Azərbaycan musiqisi deyəndə ilk kimi xatırlayırlar?

Əzizə Mustafazadəni.

-Musiqidə ilk addımlarını atan gənc bəstəkarlar üçün  tövsiyələriniz?

Bu peşəyə dərindən yiyələnmələrini, musiqini sevmələrini və öz üzərlərində daim çalışmalarını tövsiyə edirəm. Çünki heç bir iş zəhmətsiz, alın təri olmadan əmələ gəlmir, ortaya dəyərli bir iş qoymaq olmur. Eyni zamanda məsləhət görərdim ki, həyatda öz arzularının arxasınca getsinlər və istəklərinə nail olmaq üçün gecə-gündüz çalışsınlar.

Dəyərli müsahibə üçün təşəkkür edirik! Bir daha Musiqi Gününüzü təbrik edirik.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 11:00

Sumqayıtda 3 avtobus marşrutu yenilənəcək - ÖZƏL

Bütün xəbərlər
Bu gün, 10:23

İşləmək istəməyənlər də uçota alınacaq

Bütün xəbərlər
Bu gün, 09:48

Sumqayıtda tanınmış xanəndənin həyat yoldaşı həbs edildi

İdman
Bu gün, 09:15

Sumqayıt cüdoçusu beynəlxalq yarışda medal qazandı

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 41-ci günü: XRONİKA

İdman
Dünən, 17:40

"Sumqayıt"ın qapıçısı rəmzi komandada

Kriminal
Dünən, 16:59

Sumqayıtda apteki talayan keçmiş məhkum tutulub

Bütün xəbərlər
Dünən, 16:32

Prezident sumqayıtlı aparıcını təltif etdi

Bütün xəbərlər
Dünən, 16:19

Prezident bir qrup media nümayəndəsini təltif edib - SİYAHI

Bütün xəbərlər
Dünən, 15:47

Sumqayıtda hər 4 fərdi sahibkardan biri qadındır

Bütün xəbərlər
Dünən, 15:10

Sumqayıtda sabah hava yağışlı ola bilər

Bütün xəbərlər
Dünən, 14:48

Sumqayıtda körpünün altını çirkab sular basıb - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıtda Zəfər Gününə özəl ağacəkmə aksiyası

Bütün xəbərlər
Dünən, 13:35

Xəzərdə yadplanetlilərin gizli bazaları var? - ABŞ arxivinə düşən 25 illik sirr

Bütün xəbərlər
Dünən, 13:00

Təhsil müəssisələrində Zəfər Günü ilə bağlı tədbirlər keçiriləcək

Bütün xəbərlər
Dünən, 12:30

Sumqayıtda təmizlik işçiləri maaşlarını ala bilmirlər?

Bütün xəbərlər
Dünən, 12:25

Sumqayıt Şəhidlər Xiyabanında rəsm sərgisi təşkil edilib

Bütün xəbərlər
Dünən, 11:50

Sumqayıtda avtobus dayanacağı qışa hazır deyil - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 11:47

Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək

İdman
Dünən, 11:15

Klub rəhbərliyi etiraz etdi, komitə sədri isə qərarı təsdiqlədi

Bütün xəbərlər
Dünən, 10:41

Polad Həşimovun anasının son vəziyyəti açıqlandı - RƏSMİ

İdman
Dünən, 10:20

"Sumqayıt" səfər oyununa hazırlaşır

İdman
Dünən, 09:48

Sumqayıtda cüdo məşqçiləri üçün inkişaf proqramı keçirilir

Bütün xəbərlər
Dünən, 09:15

Sumqayıt məktəblilərinin uğuru - olimpiadada qızıl medal qazandılar

Oxşar xəbərlər