Sumqayıtda sakinlər marşrut xəttinin hərəkət cədvəlindən narazıdırlar.
Şikayətçilərin Sumqayit24.az-a verdiyi məlumata görə, söhbət 22 nömrəli marşrut xəttindən gedir.
“Gün ərzində 2 avtobus işləyir və onlardan biri mütləq xarab olur. 1 saatdan artıq gözləyirik, avtobus gəlmir. Ən çox isə yaranmış vəziyyətdən yaşayış massivinin sakinləri əziyyət çəkirlər. İşə, məktəbə gedən hər kəs gecikir. Həmçinin sürücülərin bəziləri sərnişinlərlə sərt danışırlar”, - deyə şikayətçilər əlavə ediblər.