Sumqayıtda üç gün öncə qəzaya düşən qadın dünyasını dəyişib.
Sumqayit24.az-ın məlumatına görə, hadisə dekabrın 20-də Heydər Əliyev prospektində qeydə alınıb. 68 yaşlı Nahidə Talehlini yolu keçən zaman maşın vurub. Piyada dərhal xəstəxanaya çatdırılıb. Göstərilən tibbi yardımlara baxmayaraq o, bu gün müalicə aldığı xəstəxanada vəfat edib.
Faktla bağlı araşdırma aparılır.