Sumqayıtda qəzaya düşən 16 yaşlı M.Fatimənin vəziyyəti açıqlanıb.
TƏBİB-dən Sumqayit24.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 13.12.2025-ci il tarixində saat 19:10 radələrində Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına 2009-cu il təvəllüdlü şəxs (qadın cinsli) hospitalizasiya olunub:
“Sözügedən şəxsə xəstəxananın Təcili tibbi yardım şöbəsində zəruri tibbi yardımlar göstərilib.
Pasiyent sağ körpücük sümüyün atromial sınığı, sol bazu sümüyünün yuxarı üçdə birinin yerdəyişməyən sınığı diaqnozları və kəllə-beyin travması diaqnozu şübhəsilə Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta ağır qiymətləndirilir”.
Xatırladaq ki, hadisə Ş.Bədəlbəyli küçəsində qeydə alınıb. Yolu keçmək istəyən qızı maşın vurub.