Bakı-Sumqayıt yolunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, "Toyota" markalı avtomobil yolu keçən qadını vurub.
Piyada hadisə yerində ölüb. Əraziyə polis əməkdaşları cəlb edilib.
Qeyd edək ki, sürücü hadisə yerindən qaçıb.