Vətəndaşlar artıq “E-Polis” mobil tətbiqi vasitəsilə nəqliyyat vasitəsinə tərtib olunmuş AYNA cərimələrini “Avtomobillərim” və ya “Cərimələrim” bölməsindən izləyə və ödəniş edə bilərlər.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. “E-Polis” mobil tətbiqini "App Store" və ya "Google Play"dən yükləmək mümkündür.
Qeyd edək ki, sözügedən mobil tətbiq bu ilin yanvar ayından istifadəyə verilib.