Braziliya Hərbi Hava Qüvvələrinin Təyyarə Qəzalarının Araşdırılması və Məlumatlandırılması Mərkəzi Qazaxıstanda qəzaya uğrayan Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin uçuş qeydlərinin ("qara qutu"larının) oxunması başa çatdırıb.
Oxu.az-ın məlumatına görə, bu barədə Braziliyanın G1 portalına qurumdakı mənbələr xəbər verib.
"İki qeyd cihazından məlumatların çıxarılması, toplanması və yoxlanılması başa çatıb", - deyə mənbə bildirib.
Eyni zamanda, qeyd edilib ki, Mərkəz artıq Qazaxıstanın hakimiyyət orqanlarına müvafiq məlumat göndərib.