Azərbaycan əhalisinin sayı açıqlanıb.
Sumqayıt24 Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir ki, əhalinin sayı cari ilin əvvəlindən 23.477 nəfər və ya 0,2% artaraq 10 milyon 204 min 247 nəfərə çatıb.
Məlumata görə, əhalinin ümumi sayının 54,5%-ni şəhər, 45,5 %-ni kənd sakinləri, 49,8%-ni kişilər, 50,2%-ni isə qadınlar təşkil edir.