Azərbaycanda meymunçiçəyi virusuna ilk yoluxan şəxsin müvafiq tibb müəssisəsində müalicəsi yekunlaşıb.
Bu barədə Sumqayit24.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Məlumata görə, vəziyyəti qənaətbəxş olan şəxs ambulator müalicə üçün evə buraxılıb.
10:27
Azərbaycanda meymunçiçəyi virusuna ilk yoluxan şəxsin müvafiq tibb müəssisəsində müalicəsi davam etdirilir.
Bu barədə Report.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, hazırda həmin şəxsin vəziyyəti stabil olaraq qiymətləndirilir.
Xatırladaq ki, yanvarın 18-də Azərbaycanda ilk meymunçiçəyinə yoluxma faktı aşkarlanıb.