top
Azərbaycanda siyasi partiyalar birgə bəyanat yayıb
25 dekabr 2024, 23:45
- ↺ +

Azərbaycanda siyasi partiyalar birgə bəyanat yayıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar bəyanat yayıb.

Sumqayit24.az bəyanatı təqdim edir:

“2024-cü il dekabrın 25-də “Azərbaycan Hava Yolları”nın Bakı-Qroznı reysi üzrə sərnişin daşıyan təyyarəsinin qəzaya uğraması nəticəsində insanların faciəvi şəkildə dünyalarını dəyişməsi və xəsarətlər alması bütün xalqımızı dərindən kədərləndirdi.

Baş vermiş hadisə ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasına səfərini təxirə salıb, təcili ölkəyə qayıdaraq qəza nəticələrinin aradan qaldırılması və səbəblərinin araşdırılması üçün operativ müşavirə keçirib. Dövlətimizin başçısının imzaladığı müvafiq sərəncamlarla baş vermiş qəzanın səbəblərinin araşdırılması, qəzada həlak olmuş və xəsarət almış şəxslərin ailələrinə yardım göstərilməsi, həmçinin qəzadan zərər görmüş xarici ölkə vətəndaşları ilə bağlı məsələlərin həlli məqsədilə dövlət komissiyası yaradılıb, ölkədə bir günlük matəm elan olunub.

İnanırıq ki, müvafiq dövlət qurumları qəzanın nəticələrini qısa müddətdə araşdıraraq ictimaiyyətə ətraflı məlumat verəcək, qəzadan zərər görənlərə lazımi dövlət qayğısı göstəriləcək.

Bəyanatı imzalayan siyasi partiyalar adından təyyarə qəzasında həlak olanlara Allahdan rəhmət diləyir, ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə şəfa tapmasını arzulayırıq.

Belə ağır günlərdə xalqımızın və dövlətimizin yanında olduğumuzu bəyan edir, bəzilərinin bu bədbəxt hadisəni siyasi spekulyasiya predmetinə çevirmək cəhdini qınayır, vətəndaşlarımızı və bütün dünya azərbaycanlılarını həmrəyliyə çağırırıq.

Uca Allah xalqımızı bəlalardan qorusun!


  1. Yeni Azərbaycan partiyası

  2. Vətəndaş Həmrəyliyi partiyası - Sabir Rüstəmxanlı

  3. “Ana Vətən” partiyası - Fəzail Ağamalı

  4. Ədalət, Hüquq, Demokratiya partiyası - Qüdrət Həsənquliyev

  5. Böyük Quruluş partiyası - Fazil Mustafa

  6. Demokratik İslahatlar partiyası - Asim Mollazadə

  7. Azərbaycan Demokratik Maarifçilik partiyası - Elşən Musayev

  8. Milli Cəbhə partiyası - Razi Nurullayev

  9. “Azərbaycan Milli İstiqlal” partiyası - Arzuxan Əlizadə

  10. “Böyük Azərbaycan” partiyası - Elşad Musayev

  11. Haqq Ədalət partiyası - Əli İnsanov

  12. Vəhdət partiyası - Tahir Kərimli

  13. Azərbaycan Ümid partiyası - İqbal Ağazadə

  14. Azərbaycan Demokrat partiyası - Sərdar Cəlaloğlu

  15. Azərbaycan Xalq partiyası - Pənah Hüseyn

  16. Milli Dirçəliş Hərəkatı partiyası - Fərəc Quliyev

  17. Ədalət partiyası - İlyas İsmayılov

  18. Klassik Xalq Cəbhəsi partiyası - Mirmahmud Fəttayev

  19. AĞ partiyası - Tural Abbaslı

  20. REAL partiyası - Natiq Cəfərli

  21. Azad Vətən partiyası - Akif Nağı

  22. Müasir Müsavat partiyası - Hafiz Hacıyev

  23. Yeni Zaman partiyası - Musa Ağayev

  24. Gələcək Azərbaycan partiyası - Ağasif Şakiroğlu”.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 41-ci günü: XRONİKA

İdman
Dünən, 17:40

"Sumqayıt"ın qapıçısı rəmzi komandada

Kriminal
Dünən, 16:59

Sumqayıtda apteki talayan keçmiş məhkum tutulub

Bütün xəbərlər
Dünən, 16:32

Prezident sumqayıtlı aparıcını təltif etdi

Bütün xəbərlər
Dünən, 16:19

Prezident bir qrup media nümayəndəsini təltif edib - SİYAHI

Bütün xəbərlər
Dünən, 15:47

Sumqayıtda hər 4 fərdi sahibkardan biri qadındır

Bütün xəbərlər
Dünən, 15:10

Sumqayıtda sabah hava yağışlı ola bilər

Bütün xəbərlər
Dünən, 14:48

Sumqayıtda körpünün altını çirkab sular basıb - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıtda Zəfər Gününə özəl ağacəkmə aksiyası

Bütün xəbərlər
Dünən, 13:35

Xəzərdə yadplanetlilərin gizli bazaları var? - ABŞ arxivinə düşən 25 illik sirr

Bütün xəbərlər
Dünən, 13:00

Təhsil müəssisələrində Zəfər Günü ilə bağlı tədbirlər keçiriləcək

Bütün xəbərlər
Dünən, 12:30

Sumqayıtda təmizlik işçiləri maaşlarını ala bilmirlər?

Bütün xəbərlər
Dünən, 12:25

Sumqayıt Şəhidlər Xiyabanında rəsm sərgisi təşkil edilib

Bütün xəbərlər
Dünən, 11:50

Sumqayıtda avtobus dayanacağı qışa hazır deyil - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 11:47

Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək

İdman
Dünən, 11:15

Klub rəhbərliyi etiraz etdi, komitə sədri isə qərarı təsdiqlədi

Bütün xəbərlər
Dünən, 10:41

Polad Həşimovun anasının son vəziyyəti açıqlandı - RƏSMİ

İdman
Dünən, 10:20

"Sumqayıt" səfər oyununa hazırlaşır

İdman
Dünən, 09:48

Sumqayıtda cüdo məşqçiləri üçün inkişaf proqramı keçirilir

Bütün xəbərlər
Dünən, 09:15

Sumqayıt məktəblilərinin uğuru - olimpiadada qızıl medal qazandılar

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı gününün xronikası

Bütün xəbərlər
04 noyabr 2026, 19:00

Sumqayıtda külək güclənəcək

Bütün xəbərlər
04 noyabr 2026, 18:40

Sumqayıta sabah yağış yağa bilər

Bütün xəbərlər
04 noyabr 2026, 18:15

Sumqayıtda bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ

Oxşar xəbərlər