top
Azərbaycanda elektron resept və dərmanların izlənməsi sistemi tətbiq olunur
04 may 2026, 11:29
- ↺ +

Azərbaycanda elektron resept və dərmanların izlənməsi sistemi tətbiq olunur

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Əczaçılıq sektorunun rəqəmsallaşması tədbirləri çərçivəsində Elektron resept platforması istifadəyə verilib. Paralel olaraq, mərhələli şəkildə Təqib və İzləmə Sisteminin tətbiqinə başlanılıb.

Sumqayit24.az xəbər verir ki, bu fikirləri Səhiyyə Naziri Teymur Musayev "Azərbaycan Əczaçılıq Sənayesi: Dünən, Bu Gün və Sabah" II Beynəlxalq Konfransda çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, ilkin mərhələdə psixotrop və güclü təsir edən dərman vasitələrinin izlənilməsi həyata keçirilib. Qısa müddət ərzində ölkə üzrə tibb müəssisələri, topdan və pərakəndə satış əczaçılıq müəssisələri Sistemə inteqrasiya olunaraq koordinasiyalı fəaliyyət təmin edilib:

"Sistemin başlıca vəzifəsi əhalinin sağlamlığının qorunması olmaqla yanaşı, nəzarət orqanları üçün effektiv nəzarət mexanizmi rolunu oynayır, sahibkarlar üçün biznes proseslərini asanlaşdırır, bununla da səhiyyə sistemində səmərəliliyi əhəmiyyətli dərəcədə artırır. Əczaçılıq sektorunda baş verən ardıcıl və sistemli islahat tədbirləri əczaçılıq təhsilinin təkmilləşdirilməsini, təhsil proqramlarının müasir çağırışlara uyğunlaşdırılmasını zəruri edir.

"Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş Əczaçılıq təhsilinin İnkişaf Konsepsiyasına uyğun olaraq, Azərbaycan Tibb Universitetinin əczaçılıq fakültəsi əczaçılıq sahəsində respublikada aparıcı elmi tədqiqat mərkəzinə çevrilib. Elmi tədqiqat işlərinin aparılması məqsədilə "Əczaçılıq kimyası" kafedrasının nəzdində Azərbaycan Elm Fondunun dəstəyi ilə müasir əczaçılıq laboratoriyası qurulub. Əczaçılıq fakültəsi tələbələrinin tədris istehsalat təcrübəsinin keçirilməsi üçün respublikada fəaliyyət göstərən əczaçılıq müəssisələri tədris təcrübə bazaları kimi istifadə olunur", - nazir vurğulayıb.

T.Musayev bildirib ki, ötən il Azərbaycan Tibb Universiteti, "Scandens", Macarıstanın Peç Universiteti və "Panon Pharma" şirkəti arasında imzalanmış dördtərəfli Memorandum çərçivəsində əczaçı və qeyri-əczaçı ixtisasları üzrə qısa və uzunmüddətli təlim və təcrübə proqramlarının həyata keçirilməsi nəzərdə tutulur:

"Əczaçılıq sektorunda aparılan çoxşaxəli islahat tədbirləri nəticəsində əhalinin keyfiyyətli və təhlükəsiz dərman vasitələrinə əlçatanlığı təmin edilmiş, gündəlik həyat keyfiyyəti yüksəlmişdir. Təbii ki, sektorda baş verən qlobal çağırışlar, texnoloji nailiyyətlər, istehsal və investisiya imkanlarındakı strateji dəyişikliklər bizləri birgə tərəfdaşlıqların qurulmasına daha da ruhlandırır.

Əminliklə bildirmək istərdim ki, əczaçılıq sənayesinin bugünkü inkişaf dinamikası ilə irəliləməsi ölkədə dərman təminatının yaxşılaşması ilə yanaşı, əhalinin rifahına, ümumilikdə, Azərbaycanın parlaq və inamlı sabahına xidmət edir".

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 30-cu günü - XRONİKA

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 29-cu günü - XRONİKA

Bütün xəbərlər
24 oktyabr 2026, 18:30

Sumqayıtda Bakıdan da müştəriləri olan "Ucuz" market bağlandı

Bütün xəbərlər
24 oktyabr 2026, 18:00

Sumqayıtda bazar günü leysan gözlənilir

Bütün xəbərlər
24 oktyabr 2026, 17:27

"Stansiya Sumqayıt"da kommunal qəza - ərazi keçilməz oldu

İdman
24 oktyabr 2026, 16:46

Sumqayıtın veteran cüdoçusu Avropa çempionatında fəxri kürsüdə

Bütün xəbərlər
24 oktyabr 2026, 15:46

Sumqayıtda maşın piyadaları vurdu - sonra yandı

Bütün xəbərlər
24 oktyabr 2026, 15:29

Əməkdar artist Dilarə Əliyevaya yeni vəzifə

Bütün xəbərlər
24 oktyabr 2026, 15:00

Sumqayıtda məşhur restoran 646 min manata satışa çıxarıldı

Bütün xəbərlər
24 oktyabr 2026, 14:31

Sumqayıtda yarımçıq işlərlə bağlı sakinlərdən etiraz

Bütün xəbərlər
24 oktyabr 2026, 13:31

Ceyranbatanda sakinlərdən iki tələb: piyada keçidi və dayanacaq

Bütün xəbərlər
24 oktyabr 2026, 12:40

SDU-da elmi staj keçən qazaxıstanlı doktorantlarla görüş keçirilib

İdman
24 oktyabr 2026, 11:45

Cüdoçumuz Babək Hacıyev də Avropa çempionatında FƏRQLƏNDİ

Bütün xəbərlər
24 oktyabr 2026, 11:00

Avropa çempionu olan Sumqayıt məktəblisi belə qarşılandı

Bütün xəbərlər
24 oktyabr 2026, 10:15

Sürücülərin nəzərinə - yollarda görünüş məsafəsi məhdudlaşa bilər

Bütün xəbərlər
24 oktyabr 2026, 09:11

20 yaşında şəhidlik zirvəsinə ucalan Nicatın doğum günüdür

Bütün xəbərlər
24 oktyabr 2026, 00:01

44 günlük Vətən müharibəsinin 28-ci günü - XRONİKA

Bütün xəbərlər
23 oktyabr 2026, 19:00

Sumqayıtda şənbə günü hava yağışlı ola bilər

Bütün xəbərlər
23 oktyabr 2026, 18:30

Almaniya səfiri Sumqayıt Sənaye Parkına səfər edib

Bütün xəbərlər
23 oktyabr 2026, 18:00

Sumqayıtda suyun verilişində fasilələr sakinləri çətin vəziyyətə salıb

Bütün xəbərlər
23 oktyabr 2026, 17:30

Sumqayıtın su təchizatına cavabdeh QSC-nin icraçı direktoru kollektivə təqdim edildi

Bütün xəbərlər
23 oktyabr 2026, 17:00

Hacı Zeynalabdin qəsəbəsində ağacəkmə aksiyası

Bütün xəbərlər
23 oktyabr 2026, 16:25

Sumqayıtda yağışdan sonra məktəbə gedən uşaqlar çətinliklə üzləşirlər

Oxşar xəbərlər