Təyyarə qəzasında daha iki azərbaycanlı dünyasını dəyişib.
Bizim.Media-nın məlumatına görə, bunlar Qusar rayonunun kənd sakinləri, bacı-qardaş, 22 yaşlı Əli Mirzəbəy oğlu və 19 yaşlı Xədicə Mirzəbəy qızı Əlimirzəyevlərdir.
Xatırladaq ki, dünən “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Qazaxıstanın Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.