Qarlı-küləkli hava şəraitinə görə qatarların sürət həddi endirilib.
Sumqayit24.az "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir ki, bu səbəbdən Bakı-Sumqayıt marşrutu üzrə hərəkət edən qatarların qrafikində qismən kənara çıxma halları müşahidə oluna bilər.
“Hərəkət iştirakçılarına bu cür hava şəraitində dəmiryol keçidlərindən istifadə zamanı yüksək sayıqlıq göstərmək və ehtiyatlı olmaq tövsiyə edilib. Sərnişinlərdən stansiya və platformalarda qatarları gözləyərkən diqqətli olmaq xahiş edilib”, - deyə ADY vətəndaşlara səslənib.