Bakı-Sumqayıt şosesi, 129 ünvanında yanğın baş verib. Bu haqda 18 fevral tarixində Sumqayıt24 Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Yanğın vətəndaşa məxsus tikilidə qeydə alınıb. Hadisə yerinə FHN-in yanğınsöndürmə qüvvələri cəlb olunub. Ümumi sahəsi 700 kv.metr olan tikilinin dam örtüyünün yanar konstruksiyaları 120 kv.metr sahədə, içərisində olan bəzi əşyalar yanıb.
Tikilinin qalan hissəsi və bitişik obyektlər alovdan mühafizə olunub.