Bakı-Sumqayıt yolunda nəqliyyatın hərəkəti iflic vəziyyətindədir. Bu barədə 9 yanvar tarixində Sumqayıt24 Milli.az-a istinadən xəbər verir.
Magistral yol qar və buz örtüyü ilə bağlandığından hərəkət dayanıb. Yolun hərəkət hissəsinin təmizlənməsi üçün əraziyə texnika cəlb edilməyib. Nəticədə 10-a yaxın zəncirvari qəza baş verib.
Əraziyə çoxlu sayda cəlb olunan yol polisi və post-patrul xidməti əməkdaşları idarəetməni itirən avtomobillərə yardım edərək hərəkəti təmin etməyə cəhd göstərirlər.