Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən daha bir qəza olub. Sumqayıt24 bu haqda 6 dekabr tarixində Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Hadisə gecə saatlarında baş verib. Naməlum avtomobil yolu keçmək istəyən 43 yaşlı Zəminə Mürsəlovanı vurub. Nəticədə qadın aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib. Meyit aidiyyəti üzrə təhvil verilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.