Bakı-Sumqayıt şossesində yol-nəqliyyatı hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə yolun Binəqədi rayonu ərazisinə düşən hissəsində qeydə alınıb. Eyni istiqamətdə hərəkətdə olan “Toyota” və “Nissan” markalı avtomobillər toqquşub. Qəza nəticəsində “Toyota” maşınında olan sərnişin xəsarət alıb.
Zərbənin təsirindən hər iki avtomobil deformasiyaya uğrayıb.
Fakt araşdırılır.