Bakı-Sumqayıt yolunda binanın üzərinəki kamera vasitəsilə cərimələrin yazıldığı iddia olunur.
Söhbət "Greenville Residence" şirkətinə məxsus binadan gedir. İddiaya görə, sözügedən kamera vasitəsilə avtobus zolağına daxil olan sürücülər müəyyən edilir və barələrində cərimələr tətbiq edilir.
Avtosfer-in araşdırmasına əsasən kamera binanın həyətyanı sahəsinə nəzarət etmək üçün quraşdırılıb. Bu kameranın avtobus zolağı üçün quraşdırıldığı iddiası yalandır.
Qeyd edək ki, Bakı-Sumqayıt yolunda avtobus zolağına nəzarət üçün kifayət qədər və gözlə görünəcək yerlərdə kameralar quraşdırılıb.