Bakı-Sumqayıt yolunda 4 avtomobilin iştirakı ilə zəncirvarı qəza baş verib.
Lent.az-ın məlumatına görə, hadisə səhər saatlarında "Ekologiya postu”n yaxınlığında qeydə alınıb. Belə ki, iki “Hyundai”, “Mitsubishi” və “Chevrolet” markalı avtomobillər toqquşub.
Şahidlər bildirib ki, qəzaya yola yağ dağılması səbəb olub.
Sürücülərin sözlərinə görə, yol yağlı olduğu üçün əyləc sistemi işləməyib və nəticədə maşınlar bir-birinə çırpılıb.