Bakı - Sumqayıt istiqamətində 4 marşrut (123, 508, 594, 595) açılıb. 508 nömrəli marşrutda BMC markalı yeni avtobuslar, 594 və 595 nömrəli marşrutlarda "Neoplan" markalı avtobuslar istismar olunur.
Sumqayit24.az xəbər verir ki, bu sözləri nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar mövzusunda keçirilən mətbuat konfransında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə heyətinin sədri Anar Rzayev deyib.
O qeyd edib ki, gün ərzində Bakıdan Sumqayıt və Saray istiqamətində təxminən 25 min sərnişin daşınır:
"Bakı və Abşeron üzrə 22 müsabiqə keçirilib, 15 qalib daşıyıcı müəyyən edilib”.