Sumqayıtda istirahət guşəsində abadlıq-quruculuq işləri aparılıb.
Sumqayit24.az xəbər verir ki, "Bələdiyyə parkı" ərazisində istirahət edən şəxslərin rahatlığının təmini üçün söhbətgah qoyulub. Söhbətgahda işıqlandırma sistemi çəkilib, masa və skamyalar quraşdırılıb. Bundan əlavə, ərazidə yeni bulaq çəkilib.
Qeyd edək ki, işlər Sumqayıt Bələdiyyəsi tərəfindən həyata keçirilib.