Bələdiyyə seçkilərində 16 min 128 nəfərin namizədliyi qeydə alınıb.
Sumqayit24.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, namizədlər 23 siyasi partiyanı təmsil edirlər.
MSK sədri həmçinin bələdiyyə seçkilərində 66 mindən artıq müşahidəçinin akkreditasiyadan keçdiyini də bildirib.
Sumqayıt üzrə qeydə alınan namizədlərin siyahısı ilə link vasitəsilə tanış ola bilərsiniz.