İndiyədək bələdiyyə seçkilərində 755 nəfər namizəd kimi qeydə alınıb.
Sumqayit24.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
O bildirib ki, qeydə alınan namizədlərdən bir nəfər dünyasını dəyişdiyindən hazırda 754 namizəd var:
"Ümumilikdə 15 min 886 nəfər namizədlik üçün müraciət edib. 6 min 889-u imza vərəqələrini götürüb. 2 min 79 nəfər imza vərəqələrini dolduraraq təqdim edib".