Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Sumqayit24.az xəbər verir ki, qərara əsasən, 30 iyun 2026-cı ilə qədər Azərbaycana idxal olunacaq bir sıra diri və soyudulmuş balıq növlərinə 15%-lik gömrük rüsumu (hazırda 0%-dir) tətbiq ediləcək, eləcə də təhlükəsizlik məqsədi daşıyan ayaqqabıların idxalına tətbiq olunan 15%-lik gömrük rüsumu bir cüt üçün 9 ABŞ dolları ilə əvəzlənəcək.
Qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.