Şəhid Hüseyn Nəcəfzadənin anım günüdür.
Sumqayıt24 xəbər verir ki, 2022-ci il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədib. Təxribat nəticəsində toqquşmalar baş verib. Döyüşlərə Quru Qoşunlarının "Komando" briqadasının hərbçisi kimi qatılan baş leytenant Hüseyn Nəcəfzadə 16 sentyabr tarixində Kəlbəcər rayonu istiqamətində şəhadətə ucalıb.
Onun nəşi doğulub boya-başa çatdığı Saray qəsəbəsində, Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Qeyd edək ki, Hüseyn Vətən müharibəsində də iştirak edib. Dövlət başçısının müvafiq sərəncamı ilə şəhid baş leytenant Hüseyn Nəcəfzadə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, 3-cü dərəcəli “Vətənə xidmətə görə” və “Vətən Müharibəsi iştirakçısı” medallarına layiq görülüb.