Bayram günü (31.12.2024-cü il) Sumqayıt Tibbi Mərkəzinin (STM) Təcili Tibbi Yardım Xəstəxanasına zəhərlənmə şübhəsi ilə bağlı 3 müraciət daxil olub.
Bununla bağlı Sumqayit24.az Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanlayıb.
Qurumdan bildirilib ki, müraciət edənlərdən 1-i alkoqol, 2-si allergik reaksiyadan (1 nəfər dərman, digəri isə qida) zəhərlənib.
Zəhərlənən şəxslərə zəruri tibbi xidmətlər göstərilib, ambulator müalicə üçün evə buraxılıblar.