Sumqayıt şəhəri, Betonzavod yaşayış massivində illərdir ki, yol problemi davam edir.
Sakinlər qeyd edirlər ki, əslində yaşayış məntəqəsi şəhər mərkəzindən uzaqda yerləşmir. Amma bu qısa yol elə vəziyyətdədir ki, onu keçənə qədər insanın üst-başı palçıq içində olur. Yolun bu vəziyyətdə olması sakinlər üçün əlavə problemə də səbəb olur. Belə ki, əraziyə nə təcili yardım, nə də taksi gəlir.
Bizim küçədən bir neçə addım yuxarıda olan digər küçələr artıq asfaltlanıb.
Yaşadığımız ərazi isə heç kəsin yadına düşmür.
View this post on Instagram