Sumqayıtda beşmərtəbəli yaşayış binasında yanğın olub. Sumqayıt24 bu haqda 21 yanvar tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Binanın 1-ci mərtəbəsində ümumi sahəsi 250 kv.m olan obyektin (hazırda fəaliyyət göstərmir) 1 otağına yığılan taxta tullantıları 20 kv.m sahədə, 2-ci mərtəbəsində ümumi sahəsi 76 kv.m olan mənzilin plastmasdan ibarət pəncərə çərçivəsi qismən yanıb.
Xilasedicilər 12 nəfəri təhlükəsiz əraziyə təxliyə ediblər. Alovun qarşısı alınıb. Obyekt və mənzillər mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.